Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər

Türkiyədə “Ali təhsil haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bununla bağlı hakim Ədalət və İnkişaf Partiyası (AKP) qanuna dəyişiklik layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib.

Layihədə koronavirus pandemiyası səbəbindən ali təhsil müəssisələrində ara verilən dərslərin yay aylarında davam etdirilməsi öz əksini tapıb.

Sənəddə həmçinin Ankara Elm Universiteti və Kocaeli Səhiyyə və Texnologiya Universitetinin təsis edilməsi də təklif olunub.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir