Qlobal dövlət borcları rekord həddə çatıb- Hesabat

Ötən ildə qlobal dövlət borclarının məbləği 10 trilyon ABŞ dolları və yaxud 4,1% artaraq 255 trilyon ABŞ dollarına çatıb. Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranı dövrü ilə müqayisədə 87 trilyon ABŞ dolları çoxdur və rekord həddir. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) “Qlobal Borc Monitoru” hesabatında bildirilir.

Sənəddə deyilir ki, ötən ilin sonuna dövlət borclarının qlobal ümumi daxili məhsula (ÜDM) nisbəti 322% olub. Maraqlıdır ki, bu nisbət inkişaf etməkdə olan ölkələrdə 220% təşkil edib. Yeri gəlmişkən, bu ölkələr qlobal borcda 71 trilyon ABŞ dolları paya malikdir.

IIF borcların yenidən maliyyələşdirilməsinin riskli olması barədə xəbərdarlıq edib: “4,3 trilyon ABŞ dolları inkişaf etməkdə olan bazarlarda olmaqla ümumilikdə 20 trilyon ABŞ dolları dəyərində qlobal istiqraz və kreditlərin müddəti bu il başa çatır. Beləliklə, təkcə inkişaf etməkdə olan ölkələr bu ilin sonuna kimi 730 milyard ABŞ dolları məbləğində xarici valyuta borcunu yenidən maliyyələşdirməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran səfiri Azərbaycana təşəkkür edib

Sonrakı məqalə

Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər