Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü zamanı qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq.
Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, sərhədin yenidən müəyyənləşdirilməsi ilə bağlı razılaşma əldə olunub.
Bundan əlavə, Çavuşoğlu Azərbaycanla Ermənistan arasında birgə komissiyanın yaradılacağını xatırladıb.