Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Türkiyə XİN-in İnformasiya Baş İdarəsindən verilən məlumata görə, nazirliyin yeni sözçüsü Tanju Bilgiç təyin edilib.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Tanju Bilgiç 2011-2014-cü illərdə Türkiyənin Sankt-Peterburqda Baş konsulu olub.
Xatırladaq ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir. (APA)