ürkiyədə əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlanılıb.
Hazırda ilk peyvəndlər İstanbulda Oxmeydanı professor Cəmil Taşcıoğlu adına Tədris-Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə vurulur.
Türkiyədə əhaliyə Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq olunur.
Peyvəndləmə dörd mərhələdə aparılacaq. Peyvənd ilkin mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar, yaşlı, əlil, qoruma evlərində qalan vətəndaşlara vurulacaq. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvəndlənəcək.
Xatırladaq ki, Türkiyədə ilk peyvənd ölkənin səhiyyə naziri Fahrettin Kocaya vurulub.