Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 34 min nəfər əhalisi olan Göksun şəhərindən 4 km qərbdə, 5 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.