Türkiyənin vitse-prezidenti Fuat Oktayla Rusiyanın Baş Naziri Mixail Mişustin arasında telefon danışığı olub.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, telefon söhbətində hər iki dövlət rəsmisi yeni növ koronavirusla (COVID-19) mübarizədə əməkdaşlıq, ikitərəfli əlaqələri və regional məsələlər haqqında müzakirə aparıblar.
Fuat Oktay COVID-19 pandemiyası ilə mübarizədə Türkiyənin qazandığı təcrübəni bölüşə biləcəyini vurğulayıb. (APA)