Türkiyə 100 mindən çox suriyalı qaçqını Avropaya buraxıb –Nazir açıqlama verdi

100 mindən çox qaçqın sərhədlərin onların üzünə açıq elan olunması barədə rəsmi Ankaranın verdiyi qərardan sonra Türkiyə-Avropa Birliyi sərhədini keçib.

“TASS” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

“Yerli vaxtla saat 19:40-a (Bakı vaxtı ilə 20:40) olan məlumata görə, Ədirnə vasitəsilə ölkəmizi tərk edən qaçqınların sayı 100 577 nəfərdir”, – deyə S.Soylu özünün “Twitter” səhifəsində yazıb.

O bundan əvvəl 76 mindən çox qaçıqının Türkiyəni tərk etdiyini yazmışdı.

“Reuters”in cümə günü yazdığına görə, Ankara dəniz və ya quru yolu ilə Avropaya keçmək istəyən suriyalı qaçqınların qarşısını almayacağı barədə qərar qəbul edib. Türkiyə polisinə, sahil mühafizəçilərinə və sərhəd buraxılış məntəqələrinə Suriyadan Avropaya qaçqın axınına mane olmamaq barədə göstəriş verilib. Bu qərar Suriyanın İdlib əyalətində cümə axşamından cümə gününə keçən gecə 36 türk əsgərinin ölümü ilə nəticələnən hava hücumunun ardından verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səbaildə koronavirus həyəcanı –

Sonrakı məqalə

Bağdadda ABŞ səfirliyinin yerləşdiyi “yaşıl zona”ya raket atdılar