Türkiyə ABŞ Senatını qınadı:"Bu qərar ikitərəfli əlaqələri təhdid edir"

ABŞ Senatının Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nın tanıması ilə bağlı qəbul etdiyi qərarın Ankara və Vaşinqton arasındakı ikitərəfli əlaqələrin gələcəyinə təhdid edir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun öz “Twitter” səhifəsində bildirib.

F.Altun deyib: “ABŞ Konqresinin bəzi üzvlərinin davranışı Türkiyə-Amerika münasibətlərinə zərər verir. Dünən ABŞ Senatının Xarici əlaqəlar Komitəsi tərəfindən təsdiq edilmiş sanksiyalar paketi və [1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” nın tanınması haqqında] Ermənistan Senatının bu gün qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərimizin gələcəyinə təhdid edir”.

O həmçinin qeyd edib ki, “sanksiyalar və təhdidlər [Türkiyəyə] milli təhlükəsizlik maraqlarını qorumağa mane olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada parlament seçkilərində mühafizəkarlar qalib gəlir –

Sonrakı məqalə

Seçkilərdə müşahidəçi olmaq istəyənlərə xəbərdarlıq –