“Türkiyə Çinlə əməkdaşlığı genişləndirmək istəyir”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin xarici işlər naziri Van İ ilə görüşündəPekinlə əməkdaşlığı genişləndirmək planlarından danışıb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasından bildiriblər.

“Prezident Ərdoğan regional və qlobal problemlərin həllində mühüm rol oynayan iki ölkənin əməkdaşlığını intensivləşdirməsini arzuladığını bildirib”, – məlumatda deyilir.

Görüşdə tərəflər ölkələr arasında ikitərəfli ticarətin və investisiyaların artırılması yollarını da müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

“NATO Türkiyənin “taxıl sazişi”ni bərpa etmək cəhdlərini dəstəkləyir”

Sonrakı məqalə

İcra başçısının qardaşı özünü güllələyib