Türkiyə ordusu 21 terrorçunu məhv edib

PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb. Nəticədə yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Türkiyə Ordusunun hücuma qarşı gördüyü cavab tədbirləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 21-ə yüksəlib.

Əvvəlki məqalə

Ağ Evin yeni mətbuat katibi təyin olunub

Sonrakı məqalə

Mingəçevirdə evlərdən 55 min manat oğurladı –