Türkiyə parlamentinin xarici əlaqələr komitəsi bugünkü iclasında İsveçin NATO-ya qoşulması ilə bağlı protokolun ratifikasiyasını dəstəkləyib.
Azpost.info xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Fuat Oktayın sədrliyi ilə keçən iclasda xarici işlər nazirinin müavini Burak Akçapar İsveçin NATO-ya daxil olması prosesi barədə məlumat verib, deputatlar qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələr başa çatdıqdan sonra İsveçin NATO-ya qoşulması protokolunun ratifikasiyasını təsdiq edən qanun qəbul edilib.
Azpost.info