Türkiyə parlamenti İsveçin müraciətinə bu tarixdə baxacaq

İsveçin NATO-ya üzvlüklə bağlı müraciət təklifi  Türkiyə parlamentinə oktyabr ayında göndəriləcək.

Azpost.info bildirir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.

“Məlum olub ki, İsveçin NATO-ya üzvlüyü məsələsi oktyabrda Xarici Əlaqələr Komissiyasına təqdim olunacaq. Bildirilib ki, İsveçin NATO-ya üzvlük məsələsi Parlamentin Xarici Əlaqələr Komissiyasında “niyyət bəyannaməsi” kimi qəbul edilə bilər. Təklifin müzakirəsi zamanı İsveçin Türkiyənin irəli sürdüyü şərtlərə əməl edib-etmədiyi nəzərə alınacaq”-deyə qəzet yazıb.

Bununla yanaşı Türkiyə ilə Aİ arasında yaxınlaşma prosesinin aktivləşməsi İsveçin özündən çox, Almaniya və Fransadan asılıdır: “Avropa Birliyində  hərəkətverici və müəyyənedici ölkə İsveç deyil, Almaniya və Fransadır. Bu iki ölkə üçün İsveçin ABŞ-ın təzyiqi altında NATO-ya daxil olması çox arzuolunandır. Bu zaman onlar Türkiyənin istəklərini asanlıqla yerinə yetirəcəklər. Əgər bu baş verməsə, İsveçin qarşısını almaq üçün addımlar atacaq və bəyan edəcəklər ki,  “Türkiyə buna yol vermədi”. Türkiyənin dərhal Aİ-yə üzv etmək kimi anlayış yoxdur. Lakin onlar İsveçi qapıda çox gözləməyə məcbur etmək istəmirlər”, – qəzet diplomatik mənbələrinə istinadən yazır.

İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin başlaması ərəfəsində bildirib ki, İsveçin alyansa daxil olması Türkiyənin Aİ-yə qəbulundan sonra mümkün olacaq. Həmin gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri “mümkün qədər tez” göndərməyə razılaşıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin Türkiyə parlamentinə təqdim edilməsi üçün son müddətin hələ müəyyən edilmədiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Kadırov Moskvada müsəlmanların etiraz aksiyalarını tənqid edib

Sonrakı məqalə

I ixtisas qrupu üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb