Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə və 90 gün vizasız qala biləcəklər”

Sonrakı məqalə

Qarabağda rus sülhməramlılarının maşını minik avtomobili ilə toqquşub –