Lukaşenko xokkey matçında üzündən zərbə aldı –VİDEO

Bu gün Minskdə keçirilən xokkey matçında Belarus lideri Aleksandr Lukaşenko üzündən zərbə alıb.

Azpost.info xəbər verir ki, hadisə ilə bağlı məlumatı və videogörüntünü “Pool of the First” “Telegram” kanalı yayıb.

Yayılanan görüntülərdə yeddi nömrəli oyunçunun çubuğunu bir nömrəli oyunçunun – prezidentin çənəsinə vurduğu görünür. “Yeddi nömrəli oyunçu çubuğu kəskin şəkildə yan tərəfə apardı. Lakin onun çubuğu Lukaşenkonun çubuğuna deyil, üzünə dəydi”, – məlumatda deyilir.

Görüntüdə zədədən sonra Lukaşenkonun çənəsində sarğı qoyulduğu görülür.

Azpost.info

Əvvəlki məqalə

Britaniyanın Baş naziri Ukraynaya gəldi –

Sonrakı məqalə

Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var-