“Türkiyədə zəlzələyə səbəb nüvə silahının sınağı ola bilər” –Rusiya Kosmik Tədqiqatlar İnstitutu

“Türkiyədə irimiqyaslı zəlzələlərin səbəbi atmosferdə və yer altında nüvə silahının sınaqdan keçirilməsi ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi Sergey Pulinets bildirib.

Onun sözlərinə görə, zəlzələlərə səbəb olan müəyyən impulslar var. Bu da yeni ay və tam ayla da əlaqələndirilə bilər. Alim qeyd edib ki, Türkiyədə təbii fəlakət yeni ayda baş verib. “İmpulslar fərqli ola bilir. Yer qabığı deformasiyaya uğrayır və orada zəlzələ baş verə bilir”, – Pulinets deyib.

Onun sözlərinə görə, son zəlzələlər iki min kilometr radiusda olan şəhərlər üçün impuls ola bilər: “Azərbaycan, Türkmənistan və Ərəbistan yarımadası əhatə zonasına düşür. Çünki onun radiusu böyüklüyündən asılıdır. Bu, təxminən 2000 km-dir. Burada bu radiusda bəzi hadisələr mümkündür. Ola bilsin ki, stimullaşdırıcı zəlzələlər”.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Üçüncü Dünya müharibəsindən qorxmamalıdır”

Sonrakı məqalə

Bayden Si Cinpini hədələdi, Çindən sərt etiraz gəldi