Türkiyədəki zəlzələ Suriyada da onlarla binanı dağıdıb, 42 nəfər ölüb

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

“Frans-Press”in xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrində onlarla tikili dağılıb. Azaz və Əl Bab şəhərlərində ilin məlumata görə azı 42 nəfər ölüb. Ölənlərin və xəsarət alanların sayının artacağı istisna edilmir.

Suriya Dövlət Televiziyası Latakiya və Hamada çox sayda binanın dağıldığını xəbər verib.

Əvvəlki məqalə

ABŞ zəlzələyə görə Türkiyəyə yardım təklif edib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri