Türkiyədəki zəlzələdə 6 mindən çox əcnəbi vətəndaş ölüb

Türkiyədəki zəlzələdə ölən 48,4 min nəfərdən 6,6 mini əcnəbi vətəndaş olub.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildiriblər.

Nazir Süleyman Soylunun sözlərinə görə, onların əksəriyyəti suriyalı olub.

“Hazırda 48 448 nəfərin öldüyünü bilirik. Zəlzələlər nəticəsində ölən xarici vətəndaşların sayı 6660 nəfərdir”, – Soylu bildirib.

O, həmçinin qeyd edib ki, hazırda müvəqqəti mənzillərdə yerləşdirilən vətəndaşların sayı 85 min nəfərə yaxındır. Bundan başqa, bu günə qədər dağıntıların təxminən 20 faizi təmizlənib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.