Türkiyədəki zəlzələnin Azərbaycandakı ocaqları oyatma ehtimalı varmı?- AÇIQLAMA

Türkiyədəki zəlzələ ocaqlarının Azərbaycandakı zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur. Bu, birmənalı olaraq belədir.

APA xəbər verir ki, bunu “Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti” mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ ocağına ən yaxın məsafə Naxçıvana 712 km-dir: “Bunun da ölkəmizdəki zəlzələ ocaqlarına təsir ehtimalı çox aşağıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.