Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır

Şirkət
Şirkət

Tikinti sektorunda fəaliyyət göstərən “Rahrəvan Construction” MMC ləğv olunur. Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, ləğv olunduğunu elan edən MMC kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.

Xatırladaq ki, “Rahrəvan Construction” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 656500 manat nizamnamə kapitalına malik olan “Rahrəvan Construction” MMC-nin qanuni təmsilçi Türkiyə vətəndaşı Ozturk Rızadır. Şirkət yarananda nizamnamə kapitalı 1 000 000 manat olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.