“Türkiyəni 816 il təbii qazla təmin edəcək qaz hidratlarımız var” –Kontr-admiral Cihat Yaycı

“Türkiyənin Qara dəniz və Şərqi Aralıq dənizində ölkənin 816 illik ehtiyacını ödəyə biləcək qaz hidratları ehtiyatı var”.

Azpost.info “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, bu sözləri “Mavi Vətən” doktrinasının müəllifi, təqaüdçü kontr-admiral Cihat Yaycı bildirib.

Bir vahid qaz hidratının 164 vahid təbii qaza bərabər olduğunu deyən Yayçı Türkiyənin qaz hidratlarla zəngin bir dövlət olduğunu deyib: “Bu qaz hidratları donmuş neft və təbii qaz deməkdir. Onlar dənizin dibindədirlər. Onu həll etdikdə bir vahid qaz hidrat 164 vahid təbii qaz əmələ gətirir. Türkiyə qaz hidratları ilə zəngin bir dövlətdir. Bizim gələcəyimiz oradadır. Qara dənizdəki qaz hidratı 272 il ərzində bizim qaza olan tələbatımızı ödəyəcək. Şərqi Aralıq dənizindəki qaz hidrat yataqları Türkiyənin 544 illik təbii qaz ehtiyacını ödəmək imkanındadır.  Bizim təbii qaza olan tələbatımızı 816 il təmin edəcək qaz hidratları var. Yaxın bir neçə il ərzində onları çıxarmaq üçün istifadə oluna biləcək texnologiyalar qəbul ediləcək”, – deyə Yaycı vurğulayıb.

2020-ci ildə Qara dənizdə, Türkiyə sahillərində 540 milyard kubmetr həcmində  böyük qaz yatağı aşkar edilib. Daha sonra prezident Ərdoğan Qara dənizdə həcmi 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini bəyan edib. Ərdoğan bununla Qara dəniz qazının ümumi ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və beynəlxalq bazarlarda 1 trilyon dollara qiymətində olduğunu da bildirib.

Azpost.info

Əvvəlki məqalə

İlk rübdə 44,3 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub

Sonrakı məqalə

9 may paradı üçün Moskvaya yalnız bir xarici dövlət başçısı gələcək