Türkiyənin Azərbaycan qazına olan tələbatı artıb –8 ayda ixrac 35 faiz yüksəlib

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatının məlumatına görə, bu ilin avqustunda Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 735 milyon kubmetrə çatıb. Bu, ötən ilin avqustunda ixrac olunmuş qazın həcmindən 15,57% çoxdur.

Azpost.info “Haber Qlobal”-a istinadən bildirir ki, bununla da Türkiyənin ümumi təbii qaz idxalında Azərbaycan qazının payı 23,35%-ə çatıb.

Ümumilikdə bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Türkiyəyə təbii qaz ixracı ötən illə müqayisədə 35,5% artaraq, 6 milyard 44 milyon 650 min kubmetrə çatıb. Bu statistikaya əsasən, Azərbaycan Türkiyənin ən böyük ikinci təbii qaz tədarükçüsüdür.

Türkiyənin əsas təbii qaz tədarükçüsü Rusiyadır. O, bu ilin avqustunda Türkiyəyə 1 milyard 450 milyon 740 min kubmetr təbii qaz ixrac edib. Bu cərgədə üçüncü yeri 352 milyan 590 min kubmetr qaz nəqlilə Əlcəzair tutur. Türkiyənin təbii qaz idxalında Rusiya 46,08, Əlcəzair 11,20% paya malikdir. Ümumilikdə Türkiyə bu ilin avqustunda təbii qaz idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 3,74% artıraraq, 3 milyard 148 milyon kubmetrə çatdırıb.

Məlum olduğu kimi, Türkiyənin təbii qaza olan təlabatının əhəmiyyətli hissəsi Azərbaycanın “Şahdəniz” təbii qaz yatağı hesabına ödənir. Buradan hasil olunan Türkiyə bazarına Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri vasitəsilə nəql edilir. Bu istiqamətdə Bakı-Tbilisi-Ərzurum kəmərilə qaz nəqlinə 2007, TANAP vasitəsilə qaz nəqlinə isə 2018-ci ildə başlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“QORXULU TEHRAN” VƏ “GİZLİ BAKI” –

Sonrakı məqalə

ABŞ ŞİRKƏTİ “ƏSRİN MÜQAVİLƏSİ”Nİ TƏRK EDİR –