Türkiyənin BRICS ilə əməkdaşlığı olduqca vacibdir.- PUTİN

Türkiyənin BRICS ilə əməkdaşlığı olduqca vacibdir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Outreach/BRICS+” formatında keçirilən görüşdə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra Rusiya lideri deyib: “Əminəm ki, Türkiyənin təşkilatımız daxilindəki işinə də böyük tələbat olacaq”.

Vladimir Putin qeyd edib ki, Türkiyə lideri ilə birlikdə regional böhranların həlli üçün çox işlər görür.

Rusiya Prezidenti Ərdoğanın çıxışından sonra deyib: “Biz ikitərəfli formatda yaxşı əməkdaşlıq edirik, regiondakı müxtəlif çətin vəziyyətlərin həlli üçün birlikdə çox işlər görürük”(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.