Türkiyənin müdafiə naziri Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini pislədi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, H. Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, – deyə nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı şəhər Polis İdarəsinin “Polis” qəzeti fəaliyyətini dayandırıb

Sonrakı məqalə

Türkiyənin axtarışa verdiyi şəxs Sumqayıtda saxlanılıb