İranın Ali Rəhbəri Müctəba Xameneyi Türkiyə və Omana atılan ballistik raketin İran tərəfindən atılmadığını bildirib.
Müctəba Xameneyi bunu təxribat adlandırıb.
Onun sözlərinə görə, bu hadisə regionda gərginlik yaratmağa yönəlmiş planın tərkib hissəsidir.
“Bu, sionist düşmənin İranla qonşuları arasında parçalanma yaratmaq üçün istifadə etdiyi saxta bayraq taktikasıdır və bu cür hallar digər ölkələrə qarşı da baş verə bilər”, – deyə o qeyd edib.