“Türkiyəyə və Azərbaycana hucumlar səhvdir, İrana xəbərdarlıq etmişik” –ƏRDOĞAN

“Yaxın Şərqin yenidən əməliyyat masasına qoyulmasına imakn verməyəcəyik“.

Azpost.info Anadolu Agentliyinə istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Konqres Mərkəzində təşkil edilən səfirlər üçün 17-ci ənənəvi iftar proqramında çıxışı zamanı deyib.

ABŞ və İsrailin İrana qarşı davam edən hücumlarına toxunan Ərdoğan Türkiyənin Yaxın Şərqin “yüz il əvvəl baş verdiyi kimi” yenidən müdaxiləyə məruz qalmasını və ya yenidən əməliyyat masasına oturdulmasını qəbul etməyəcəyini vurğulayıb.

Ərdoğan 28 fevraldan bəri İrana hücumlarla bölgədəki vziyyətin daha da ağırlaşdığını bildirib: “Hücumların başlamasından keçən 10 gün ərzində 300-dən çox günahsız uşaq da daxil olmaqla təxminən 1500 iranlı öldürülüb. İranın raket və pilotsuz təyyarə hücumları ilə yanaşı, gərginlik artıb və tezliklə bütün regionun sabitliyini təhdid edən bir səviyyəyə çatıb.”

“Bu gün də eyni anlayışa əsaslanaraq, ilk gündən mövqeyimizi açıq şəkildə bildirdik. Hava hücumlarının İranın suverenliyini pozduğunu, beynəlxalq hüquqa zidd olduğunu bildirdik. Eyni zamanda, İranın qardaş ölkələrə, ilk növbədə Azərbaycana və Fars körfəzi dövlətlərinə hücumlarını heç vaxt bəyənmədiyimizi açıq şəkildə bildirdik. Bu, səhvdir və yalnız ortaq ağrının artmasına və qardaşlar arasında düşmənçilik toxumlarının səpilməsinə gətirib çıxaracaq”-deyən Ərdoğan əlavə edib ki, “ötən həftə və bu gün Türkiyəyə yönəlmiş ballistik raketlər dərhal zərərsizləşdirilib və lazımi xəbərdarlıq İran tərəfinə çox aydın şəkildə çatdırılıb”-deyə Ərdoğan vurğulayıb.

“Bu prosesdə gərginliyi azaltmaq, qan tökülməsini dayandırmaq və dialoqa qapı açmaq üçün hər cür səy göstəririk. Prinsipial mövqeyimizə sadiq qalmağa və diplomatiyaya üstünlük verməyə davam edirik. Vəziyyət nə qədər ümidsiz görünsə də, ümidimizi itirməmişik. Regional sabitliyi, gələcəyimizi və gələcək nəsilləri təhdid edən hər bir problem üçün ləyaqətli bir həll yolu tapıla biləcəyinə inanırıq. Yeni bir danışıqlar prosesi mümkündür. Əslində, bu, zəruridir”.

O, müharibənin bölgədə daha da yayılmasının qarşısını almaq üçün mümkün qədər tez bir zamanda bitməli olduğunu bir daha vurğulayıb və əlavə etdi ki, davam edən macəra təkcə müharibə edən tərəflərə deyil, həm də bütün regiona və hətta Avropa və Asiya da daxil olmaqla dünyaya baha başa gələcək.

Ərdoğanın sözlərinə görə, regional sabitliyi və gələcəyi təhdid edən hər bir problem üçün ləyaqətli bir həll yolu tapmaq olar və yeni bir danışıqlar prosesi mümkündür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.