Türkiyə 20 İran vətəndaşına sanksiya tətbiq edib –SEPAH Bank"ın hesabı dondurulub

İrana qarşı beynəlxalq sanksiyalar bərpa olunduqdan sonra Türkiyə 20 iranlı şəxsə sanksiya tətbiq edib.

AzPost bildiir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

Türkiyə həmçinin İranın 18 qurumunun aktivlərini, bank hesablarını dondurub və əmlakına həbs qoyub.

Bunlara həmçinin İranın Atom Enerjisi Təşkilatı və SEPAH Bank kimi qurumlar daxildir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları təsdiqləyib. Türkiyənin tətbiq etdiyi məhdudiyyətlər də bu qərara əsaslanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.