Türkiyə NATO-nun hərbi təlimlərini ləğv etdi –Çavuşoğludan açıqlama

Türkiyə Montrö Konvensiyasına uyğun olaraq NATO-nun hərbi təlimlərini ləğv edib.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Əvvəlcədən planlaşdırılmış NATO təlimləri var idi. Biz onları ləğv etdik, təxirə saldıq”, – Çavuşoğlu deyib.

O, Montrö Konvensiyasının Türkiyənin tətbiq etməyə başladığı hərbi gəmilərin Qara dənizə buraxılmasına qadağa qoyulmasını nəzərdə tutan müddəalarına toxunub. Eyni zamanda, Türkiyə XİN rəhbəri hava məkanının açıq qaldığını vurğulayaraq bunu ölkənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyi adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.