Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin görüşü keçirilib

User 22 Avqust 2025 - 13:43 (Last updated: 22 Avqust 2025 - 17:46)
ilham sammit turkmen

Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdirdilər.

Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış etdilər.

Görüşdə daha sonra dövlətimizin başçısı çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

– Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli Şavkat Miromonoviç.

Əvvəlcə bugünkü Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə qardaşım, Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında bugünkü üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə də təşəkkür edirəm.

Bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq. Qonaqpərvər türkmən torpağında olduğum bu gündə bir daha qeyd etmək istəyirəm ki, Türkmənistan hörmətli Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişafda əhəmiyyətli nailiyyətlər əldə edib, beynəlxalq rolunu və nüfuzunu gücləndirib. Onun müasir Türkmənistanın inkişafına verdiyi töhfə səmərəli dövlət idarəçiliyinin, strateji baxışın və Vətənə sədaqətin nümunəsidir.

Bu yaxınlarda – keçən ay hörmətli Qurbanqulu Məlikquliyeviçi Azərbaycanda qəbul etməkdən məmnun olduq. Onun səfəri son dərəcə səmərəli keçdi. Biz Bakıda əhatəli danışıqlar apardıq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdik. Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır. Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik. Son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə etmişik. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi böyük töhfəyə görə Özbəkistan tərəfinə və şəxsən Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirirəm. Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub və Şavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onu ziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır. Şavkat Miromonoviçlə birlikdə 5 hektarı əhatə edən bu gözəl parkın təməlini qoyduq. Bir çox başqa orta maraqlara söykənən investisiya, sərmayə layihələrimiz var.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Mənim qardaşlarımın qeyd etdikləri kimi, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik.

 

 

**

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş başlayıb.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdirdilər.

AzPost.az

Post navigation

Previous: Fəvvarələr Meydanı və Qış Parkı birləşdirilir –
Next: BMT Qəzza bölgəsində aclıq fəlakəti elan edib

Oxşar xəbərlər

islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.