Türkmənistan Moskva, Astana və Daşkənd arasında qaz ittifaqına qarşıdır

Aşqabad Moskva, Astana və Daşkənd arasında qaz ittifaqı planından narahatdır.

Azpost.info xəbər verir ki, bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dmitri Biriçevski bildirmişdi ki, Rusiya, Özbəkistan və Qazaxıstanın üçtərəfli qaz ittifaqı digər ölkələri də əhatə etməklə genişləndirilə bilər.

“Türkmənqaz” Dövlət Konserninin sədri Murat Arçayev isə belə bir birliyin yaradılmasının digər dövlətlərin maraqlarına toxunacağını bildirib. O hesab edir ki, bəyanat bir sıra suallar doğurur: “Söhbət hansı genişlənmə imkanlarından gedir, hansı dövlətlər onlara maraq göstərir və qaz sektorunda üçtərəfli əməkdaşlığın arxasında nə dayanır”.

Azpost.info

Əvvəlki məqalə

Tacikistan Rusiyaya yoxlama göndərib

Sonrakı məqalə

Dövlət işində çalışan işçilərin maaşı açıqlanıb