Türkmənistan prezidenti Tacikistana səfərini təxirə saldı- Nənəsinin vəfatına görə

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov nənəsinin ölümü ilə əlaqədar aprelin 10-11-də Tacikistana planlaşdırılan səfərini təxirə salıb.

Azpost.info xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və hər iki ölkənin sahibkarlarının biznes forumu da ləğv edilib”, – mətbuat xidmətindən bildirilib.

Tacikistan lideri Emomali Rahmon Türkmənistanın hazırkı prezidentinin atası Qurbanqulu Berdiməhəmmədova anası Oğulabat Berdiməhəmmədovanın vəfatı ilə bağlı başsağlığı verib.

Oğulabat Berdiməhəmmədova 86 yaşında vəfat edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.