Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Azərbaycan siqareti
Azərbaycan siqareti

Gələn ildən tütün məmulatları üzrə aksiz vergiləri artırılır.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılır.

İstehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.