Sosial şəbəkə X (keçmiş Twitter) kiçik məbləğli aylıq ödəniş sisteminə keçir.
Azpost.info NBC News-a istinadən bildirir ki, bu barədə amerikalı iş adamı İlon Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bildirib.
Mask bildirib ki, “böyük bot orduları” ilə mübarizə aparmaq üçün Sistem X-dən istifadə üçün ödəniş alınacaq.
Şirkət rəhbəri yeniliyin sosial şəbəkə istifadəçilərinə nə qədər başa gələcəyini dəqiqləşdirməyib. Ən aşağı səviyyədə ödənişə başqa hansı xüsusiyyətlərin daxil olub-olmayacağı da məlum deyil.
Azpost.info