““Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması müsbət haldır” –Avropa İttifaqının səfiri

Bu gün “Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “Twitter“ səhifəsində qeyd edib.

Onun sözlərinə görə, bu iş üzrə yeni istintaq işgəncə və cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər.

Xatırladaq ki, bu gün Baş Prokurorluq “Tərtər işi” üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması barədə məlumat yayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.