Tərtərdə mal-qarasını axtaran kişi minaya düşüb

partlayış
partlayış

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir. (APA)

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

DIN Tərtərdə baş verən mina partlayışı ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Bildirilib ki, Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.