“NATO üzvləri ABŞ-ın iştirakı olmadan Rusiya ilə qarşıdurmaya hazır deyillər”. Bu barədə Finlandiya, Latviya və Estoniya liderlərinin müsahibələrini dərc İndependent” nəşri məlumat yayıb.
Materiala görə, Finlandiya rəhbəri Aleksandr Stubb, Latviya prezidenti Edqar Rinkeviç və Estoniyanın baş naziri Kristen Mixal NATO müttəfiqlərini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıblar.
O cümlədən Stubb müsahibəsində NATO-nu ABŞ olmadan təsəvvür edə bilməyəcəyini bildirib.
“Biz hazır deyilik. Bu, tamamilə göz qabağındadır”, – Latviya rəhbəri “İndependent”ə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ-ın əvvəlki kimi Avropaya sərmayə qoyacağına ümid etmək olmaz. (Teleqraf.com)