“Üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır” –Çavuşoğlu

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının 47-ci iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, birgə bəyanat BMT, ATƏT və İƏT qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiq edib.

Türkiyə XİN başçısı İƏT Baş katibliyinin atəşkəslə bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladıqlarını da vurğulayıb.

“Hamını Azərbaycanın Ermənistanın hücumları ilə bağlı qərar layihələrində təqdim etdiyi təftiş-yoxlama təkliflərini qəbul etməyə dəvət edirəm”, – deyə M. Çavuşoğlu qeyd edib.  

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir