UEFA-nın “Pley-off” püşkatması sabah saat 15.00-da başlanacaq

“Qarabağ” UEFA Çempionlar Liqasında Liqa mərhələsini 22-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəldi.
AzPost bildirir ki, Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkün nəticəsinə əsasən, “Qarabağ” 11–12-ci yerləri tutan komandalardan biri ilə qarşılaşacaq. Komandamızın bu mərhələdə mümkün rəqibləri Fransa təmsilçisi PSJ və İngiltərənin “Nyukasl” klubudur.
Pley-off mərhələsinin ilk oyunları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində baş tutacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.