UEFA reytinqində Azərbaycanın mövqeyi neçəncidir?

UEFA
UEFA

UEFA reytinqində Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. AzPost xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunda ötən gün Bakıda Rumıniyanın FCSB klubuna uduzan (2:3) “Qarabağ” ölkənin əmsalına fayda verə bilməyib.

Azərbaycan (19.625) 28-ci yerdə qərarlaşıb. Eyni əmsala malik Bolqarıstan isə 27-ci pillədədir.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (102.839) başçılıq edir.

Xatırladaq ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turunun növbəti oyunları keçirilib.

16 matç baş tutub.

İtaliyanın “Roma” klubu Niderlandda “AZ Alkmaar”ın qonağı olub. Ev sahibləri minimalhesablı qələbəyə seviniblər – 1:0.

Türkiyə təmsilçisi “Fənərbaxça” isə “Lion”un müqavimətini qırmağa çalışıb. Türkiyədə qol səsi çıxmayıb – 0:0.

Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar

21:45 “Alkmaar” (Niderland) – “Roma” (İtaliya) 1:0
21:45 “Bodo-Qlimt” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail) 3:1
21:45 “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) 0:1
21:45 “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) 0:0
21:45 “Hoffenhaym” (Almaniya) – “Tottenhem” (İngiltərə) 2:3
21:45 “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) 2:3
21:45 “Malmö” (İsveç) – “Tvente” (Niderland) 2:3
21:45 “Viktoriya” (Plzen, Çexiya) – “Anderlext” (Belçika) 2:0

00:00 “Ayntraxt” (Frankfurt, Almaniya) – “Ferentsvaroş” (Macarıstan) 0:0
00:00 “Elfsborq” (İsveç) – “Nitsa” (Fransa) 0:0
00:00 “Latsio” (Niderland) – “Real Sosyedad” (İspaniya) 3:0
00:00 “Ludoqorets” (Bolqarıstan) – “Midyulland” (Danimarka) 0:1
00:00 “Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) 0:0
00:00 PAOK (Yunanıstan) – “Slaviya” (Praqa, Çexiya) 1:0
00:00 RFŞ (Latviya) – “Ayaks” (Niderland) 0:0
00:00 “Yunion” (Belçika) – “Braqa” (Portuqaliya) 0:1

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.