Uels yığmasının Bakıya gələcək heyəti açıqlanıb –

AVRO-2020
25 May 2021 - 11:26

Uels yığmasının AVRO-2020 üçün ilkin iştirak ərizəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu 28 futbolçuya dəvət göndərib.

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”), Denni Uord (“Lester”), Adam Deyvis (“Stok Siti”);
Müdafiəçilər: Ceyms Laurens (“Sankt Pauli”), Ben Devis, Co Rodon (hər ikisi “Tottenhem”), Kris Mefam (“Bornmut”), Kris Qunter (“Çarlton”), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”), Neko Uilyams (“Liverpul”), Tom Lokyer (“Luton”)
Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”), Mettyu Smit (“Mançester Siti”), Conni Uilyams, Rubin Koluill (hər ikisi “Kardiff”), Aaron Remsi (“Yuventus”), Dilan Lyuitt (“Mançester Yunayted”), George Tomas (KPR)
Hücumçular: Kiffer Mur, Mark Harris (hər ikisi “Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real”), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”) Tom Lourens (“Derbi”), Rabbi Matondo (“Şalke”).

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Uelslilər iyunun 12-də İsveçrə, 16-da isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.