Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayanada müharibə Avropada təyyarə biletlərini bahalaşdırır

User 15 Sentyabr 2025 - 14:50 (Last updated: 15 Sentyabr 2025 - 14:50)
teyyare01

Polşanın hava məkanında Rusiyaya məxsus pilotsuz uçuş aparatları ilə bağlı insident avropalı sərnişinləri uçuşlar üçün daha yüksək qiymətlərlə təhdid edir.

AzPost AZƏRTAC -a istinadən xəbər verir ki, ekspertlər bu barədə media vasitəsilə xəbərdarlıq ediblər. Onların fikrincə, məcburi dövriyyə və gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən aviaşirkətlər əlavə xərclərə məruz qalacaq və bu, labüd olaraq biletlərin qiymətinə təsir edəcək.

Məlum olduğu kimi, ötən həftə NATO təyyarələrinin iştirakı ilə Polşa səmasında Rusiyanın bir neçə pilotsuz uçuş aparatı vurulub. Bu, Ukraynada müharibə başlayandan bəri bir müttəfiq ölkənin ərazisinə birbaşa müdaxilə ilə bağlı ilk hadisə idi. Əməliyyat zamanı Varşava Şopen və Modlin hava limanlarının, həmçinin Rzeşov və Lyublin hava limanlarının fəaliyyəti dayandırılıb. Sonradan nəqliyyatın hərəkəti bərpa edilib, lakin Polşa hakimiyyəti dekabrın 9-dək Ukrayna və Belarus sərhədləri yaxınlığında uçuşları məhdudlaşdırıb.

Mütəxəssislərin fikrincə, aviadaşıyıcılar marşrutları tənzimləməli, onları daha çox qərb istiqamətinə yönəltməli, uçuşları əsasən gün ərzində yerinə yetirməli və mümkün sapmalara görə əlavə yanacaq doldurmalı olacaqlar. Oxşar protokollar əvvəllər Yaxın Şərqdə istifadə olunurdu.

Hazırkı eskalasiyadan əvvəl də Avropa aviaşirkətləri Rusiya, Ukrayna, Yaxın Şərqin bəzi hissələri, Cənubi Asiya və Afrikanın hava məkanından yayınırdı. Uçuşun hər əlavə dəqiqəsi orta hesabla 1,56 dollara başa gəlir ki, bu da biletlərin qiymətinə onlarla dollar əlavə edir.

Polşa hadisəsi hava nəqliyyatında qısamüddətli fasilələrə səbəb olsa da, bazarlar dərhal buna reaksiya verdi: “IAG Holding”in (“British Airways” şirkətinin sahibi) səhmləri 4,1%, “Lufthansa”, “easyJet” və “Ryanair” isə təxminən 2,2% ucuzlaşıb. Bu barədə “Reuters” xəbər verir.

Artan geosiyasi gərginlik Avropada səyahətləri bahalaşdırır. Bu, sərnişinlər üçün nəinki daha uzun səyahət vaxtları, həm də aviabiletlərin ehtimal olunan qiymətlərinin artması deməkdir. Bütün bunlar müharibənin gündəlik həyata təsirinin növbəti təzahürüdür.

AzPost.az

Post navigation

Previous: Zeynəb Xanlarovanın nəvəsinin toyudur –
Next: ICESCO-nun Baş direktoru “Dostluq” ordeni ilə təltif edilib

Oxşar xəbərlər

ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
abs secki
  • Dünya

Amerikalıların 71%-i Konqresdən İranla müharibəni dayandırmağı tələb edir

User 11 Noyabr 2026 - 10:52

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur” yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.