Ukrayna əks-hücum əməliyyatının başlama vaxtını təsdiqləyib- AÇIQLAMA

Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama vaxtını təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib.

“Vacib suallar, vacib qərarlar… Əsas məsələ odur ki, vaxtla bağlı cavablar var. Ukrayna Silahlı Qüvvələrinin hərəkət vaxtı ilə bağlı qərarlar qəbul edilib. Ən vacib olan budur. Necə hərəkət edəcəyimizə dair son tarixlər… Qərarlar qəbul edilib. Hər bir əsgər və serjanta, zabit və generala, hazırlaşan hər bir briqadaya təşəkkür edirəm”, – Zelenski deyib.

Onun sözlərinə görə, ümumi əməliyyat vəziyyəti, ayrı-ayrı ərazilər üzrə, yeni hücum briqadalarının cəlb edilməsi və sürətli maddi-texniki təchizatın təmin edilməsi, həmçinin əlavə raketlərin tədarükü üçün yeni müqavilələr üzrə də qərarlar verilib.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran sakininin evindən “Kalaşnikov” avtomatı və narkotik tapıldı

Sonrakı məqalə

Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb