Ukrayna əks-hücum əməliyyatının vaxtını dəyişdi – Baş nazirdən AÇIQLAMA

“Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatı yayda başlaya bilər”.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal Vaşinqtona səfəri zamanı deyib.

“Müharibənin sonrakı gedişatı bundan asılıdır və Kiyev əməliyyata tam hazır olmalıdır. Hücumun başlaması ilə bağlı dostlarımız və tərəfdaşlarımız tərəfindən təzyiq hiss etmirik. Onlar yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna yüz faiz və hətta daha çox hazır olmaq lazımdır”, – Şmıqal bildirib.

Onun sözlərinə görə, əks-hücumun perspektivləri ilə bağlı Pentaqonun gizli sənədlərinin sızması Kiyevin planlarını həyata keçirmək əzminə təsir etməyib: “Ukrayna öz torpaqlarını azad edəcək. Bunu edə biləcəyimizi dəfələrlə sübut etmişik. Biz beynəlxalq tərəfdaşlarımızdan tanklar, döyüş sursatları, təyyarələr, zirehli texnikalar kimi əlavə hərbi imkanlar istəyirik”, – Baş nazir qeyd edib.

Qeyd edək ki, Pentaqonun gizli sənədləri ictimailəşmədən öncə Ukraynanın əks-hücum əməliyyatının yaxın həftələrdə başlayacağı bildirilirdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.