Ukrayna 49 hərbi əsiri geri qaytarıb.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib.
“Həmişə gözlədiyimiz və çalışdığımız növbəti dönüş…”, – Zelenski bildirib.
Ukraynaya qayıdanlar arasında 2022-ci ilin yazında Mariupol Azovstal zavodu uğrunda döyüşlərin iştirakçıları, həmçinin hərbi həkim Viktor İvçuk da var.
Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Azpost.info