Ukrayna ABŞ-dan qırıcı təyyarələri istəyir

Ukraynanın Baş naziri Denis Şmiqal ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşündə “F-15” və “F-16” qırıcılarının Ukraynaya çatdırılmasını istəyib.

Bu barədə Pentaqonda ABŞ müdafiə naziri ilə görüşdən əvvəl Ukrayna Baş naziri mətbuata verdiyi açıqlamada bildirib.

Nazir Ostin ukraynalıların cəsarəti və möhkəmliyinin amerikalıları heyran etdiyini və Rusiya-Ukrayna müharibəsi nə qədər davam etməsindən asılı olmayaraq, ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib.

Ukraynanın Kiyev, Xarkov və Xersondakı qələbələrinə toxunan Ostin, Prezident Con Baydenin rəhbərliyi altında ABŞ-nin Ukraynanın azadlıq mübarizəsini hər addımda dəstəklədiyini söyləyib.

Baş nazir Şmiqal isə daha çox hərbi dəstəyə ehtiyac duyduqlarını və daha az itki ilə sürətli qələbəyə nail olmaq üçün hava hücumundan müdafiə sistemlərinin təmin edilməsinin lazım olduğunu bildirib.

Şmiqal onu da bildirib ki, ölkəsinin ağır texnika və təyyarələrə ehtiyacı var.

Şmiqal Ostinə “Abrams” tankları, həmçinin “Bradley” və “Stryker” piyada döyüş maşınlarını Ukraynaya verdiyinə görə təşəkkür edib: “ABŞ Ukraynanı “F-15” və ya F-16” ilə təchiz etməklə liderliyini bir daha göstərə bilər”.

Əvvəlki məqalə

“Real Madrid” “Çelsi”ni məğlub edib –

Sonrakı məqalə

İsmayıllıda zəlzələ olub