“Ukrayna artıq yoxdur, bu, artıq Ukrayna deyil…”- TRAMP

Ukrayna şəhərlərinin bərpası üçün yüzillər lazımdır.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Şimali Karolinada çıxışı zamanı bildirib.

“Ukrayna artıq yoxdur, bu, artıq Ukrayna deyil. Bu şəhərləri əvəz etmək mümkün deyil, insanları geri qaytarmaq mümkün deyil. Şəhərləri bərpa etmək yüzillər alacaq. Bütün dünya birləşsə belə, Ukraynanı bərpa etmək üçün kifayət qədər pul olmayacaq”, – Tramp bildirib.

Tramp hesab edir ki, Ukrayna xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya ilə razılaşmaya getməli idi: “İstənilən razılaşma indi baş verənlərdən daha yaxşı həll yolu olacaqdı”.

Trampın sözlərinə görə, Kiyev hakimiyyətinin artıq münaqişəni öz xeyrinə bitirmək üçün “kartları” yoxdur. Onun fikrincə, Ukrayna sülh naminə öz ambisiyalarını qurban verməli, prezident Vladimir Zelenski silahlı münaqişə başlamazdan əvvəl daha çox çeviklik nümayiş etdirməliidi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.