Ukrayna Avropanı Rusiyadan benzin idxalını qadağan etməyə çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi müşaviri Oleq Ustenko Aİ, Böyük Britaniya və ABŞ-ı Rusiya neftindən əldə olunan yanacağın G7 ölkələrinə idxalını qadağan etməklə, Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə çağırıb.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, ölkə oktyabr ayında beynəlxalq bazarlara neft tədarükü ilə bağlı könüllü öhdəliklərini uzada bilər. O, həmçinin əlavə edib ki, Rusiya avqust ayında öz öhdəliklərini tam yerinə yetirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.