Ukrayna Hərbi Hava Qüvvələri mayın 16-na keçən gecə Rusiyanın 6 hipersəsli “Kinjal” raketini vurub.
Azpost.info xəbər verir ki, ümumilikdə Rusiya ölkə boyu 18 raket atıb.
“Atışlar yerli vaxtla təxminən saat 3:30-da şimal, cənub və şərq istiqamətlərindən həyata keçirilib”, – Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.
Onun sözlərinə görə, Ukrayna 6 “Kinjal” hipersəsli raketi, 9 “Kalibr” qanadlı raketi və üç S-400 və “İskəndər-M” ballistik raketləri ilə hücuma məruz qalıb.
Zalujnı bütün hədəflərin məhv edildiyini bildirib.
Qeyd edək ki, Rusiya “Kinjal” raketlərinin qarşısıalınmaz olduğunu bəyan etmişdi.
Azpost.info