“Ukrayna danışıqlarda tez-tez mövqeyini dəyişir” –PESKOV

“Ukrayna tərəfi artıq razılaşdırılmış məsələlərlə bağlı tez-tez mövqeyini dəyişir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Xüsusi hərbi əməliyyat davam edir. Prezident bu yaxınlarda dedi ki, əməliyyat plana uyğun gedir. Eyni zamanda, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir. Prezidentin sözlərini də xatırlatmaq istərdim ki, təəssüf, Ukrayna tərəfi o qədər də ardıcıllıq nümayiş etdirmir. Razılaşdırılmış nöqtələrdə mövqe tez-tez dəyişir”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə tikinti materiallarının istehsalı 83,8 faiz artıb

Sonrakı məqalə

“Rusiya və ABŞ artıq tərəfdaş deyillər” –