“Ukrayna dialoq üçün heç bir addım atmır”- PESKOV

“Ukrayna ilə danışıqların bərpası üçün heç bir ilkin şərt yoxdur, Kiyev dialoq üçün heç bir addım atmır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya lideri Moskvanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib.

Peskov hesab edir ki, xüsusi hərbi əməliyyat məhz Rusiyanın Ukrayna ilə bağlı çağırışlarının rədd edilməsi səbəbindən başlayıb: “Buna görə ekstremal variantdan – xüsusi hərbi əməliyyatdan istifadə etmək lazım gəldi. Biz özümüzü qorumalı, özümüz və gələcək nəsillər üçün təhlükəsizlik zəmanəti ilə problemi həll etməli idik”.

Azpost.info

Əvvəlki məqalə

Nəqliyyat vasitələri əmlak vergisinə cəlb edilirmi?

Sonrakı məqalə

Sabah hava necə olacaq?